Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 21:58
Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rusiyalı şoumen və teleaparıcı Maksim Qalkini dövlətin milli təhlükəsizliyinə təhdid yaradan şəxslər siyahısından çıxarıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Qalkin Ukrayna Təhlükəsizlik Xidmətinin tələbi ilə 2021-ci ilin noyabrında "qara siyahı"ya əlavə edilmişdi. Onun bu siyahıya salınma səbəbi açıqlanmasa da, sosial şəbəkələrdə şoumenin 2014-cü ilin iyununda və 2015-ci ilin avqustunda Rusiya tərəfindən zəbt olunmuş Krıma səfər etdiyi barədə məlumat yer alıb.