Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 08:10
Yekaterinburqdan İrəvana uçan "Superjet" sərnişin təyyarəsi sensorların işləməməsi səbəbindən geri qayıdıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, geri qayıdan təyyarə normal eniş edə bilib.
Təyyarədə 80 sərnişin, 6 ekipaj üzvü olub. Hazırda reys 6 saat gecikir və 03:00-da həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyada son vaxtlar təyyarələrdə tez-tez nasazlıq və qəzalar baş verir.