Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 10:25
"7 canlı" verilişində dediyim sözlərə görə heç bir müğənni həmkarım məndən inciməsin. Əlbəttə ki, mən ad çəkməmişəm və dediyim sözlər hamıya aid deyil. İndi 10-15 nəfər var da, müğənnilərin adını batırır. Mənim üçün onlar müğənni yox, müğənniciklərdir. Heç kimdən qorxmuram, xalq da, tamaşaçılar da mənim tərəfimdədir. Sosial şəbəkələrdə yazılan rəyləri oxuyuram, hamı məni dəstəkləyir. Vallah məni yolda saxlayıb, soruşurlar ki, bunlar niyə bu gündədir? Deyirəm ki, nə bilim vallah!"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib.
"Bu günə qədər də gözəlliyimdən danışırlar. Kim məni görür deyir ki, "çox gözəlsiniz!". Mən heç vaxt əməliyyat etdirməmişəm, etdirmərəm də. Haramı əməliyyat edim ki? Nəyə ehtiyac var ki? İnanın Allaha o qədər təkliflər gəlib ki, "gəlin sizi cavanlaşdıraq". O insan əməliyyat etdirər ki, qüsurları böyükdür. Tanıdığım bir insan var idi, o qədər əməliyyat etdirdi ki, sonradan pis xəstəliklərə yoluxdu. Əməliyyatı da aşırı dərəcədə etdirəndə biədəb görünür. Arxalarını da çevirib şəkil çəkdirirlər! Hamısı bir-birinə oxşayır, elə gülün görünürlər ki. Heç kimin qəlbini qırmaq istəmirəm, amma bunları danışmaya da bilmərəm. Əməliyyatı bir dəfə etdirdinsə gərək onu müntəzəm olaraq davam etdirəsən. Çünki dəri sallanır, o qüsurları aradan qaldırmaq lazımdır" deyə əməkdar artist bildirib.
Ruhəngiz Musəvi daha sonra həmkarlarının qalmaqallı verilişlərdə çıxışlarından danışıb.
"Elə aparıcılar var ki, qalmaqallıdır, amma onlar efirə dəvət etdiyi sənətçiyə uyğunlaşır. Bu çox yaxşı bir haldır. Demək ki, bu həm də müğənninin özündən asılıdır. Müğənni imkan versə onu qalmaqala salacaqlar. Müğənni istəməsə qalmaqala getməz. O ixtiyarı aparıcıya müğənni verir. Kim məni nəyəsə məcbur edə bilər? Hansı verilişdə olmuşamsa sırf özümdən danışmışam, özümə aid suallara cavab vermişəm" deyə sənətkar bildirib.
Ruhəngiz Musəvi bildirib ki, "Musəvi" soyadına görə başı çox ağrayıb.
"Uzun müddət şayə yayılmışdı ki, Emin Musəvi ilə Günel Musəvi mənim övladlarımdır, mən onların anasıyam. "Musəvi" çox yayılmayan soyaddır, tamaşaçılar burdan belə bir qənaətə gəliblər. Bir dəfə Emin Musəvi dedi ki, "mən fəxr edirəm ki, sizinlə eyni soyadı daşıyıram" deyə Ruhəngiz Musəvi deyib.