Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 11:16
Peru sakini evinin zirzəmisində təmir işləri zamanı inklərin qədim sərdabəsini aşkar edib. Tapıntının yaşının 500 il olduğu güman edilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, parçaya bükülü olan qalıqlar yerli elitaya məxsus olub. Məzarda həmçinin saxsı qablar və zərgərlik məmulatları da olub.
Alimlərin ehtimalına görə, dəfn olunanlar 1400-cü illərdə qüdrətli inklərin Cənubi Amerikanın qərbindəki imperiyanı tabe etməsinə qədər Limada geniş yayılan ririkanço elitasını təmsil edib. İnklərin özləri 1532-ci ildə ispan konkistadorlar tərəfindən fəth edilib.
Ev sahibi İpolito Tika tapıntıya inana bilmədiyini deyib.
"Bu heyrətamizdir. Bunu təsvir etmək üçün həqiqətən söz tapmıram", - deyə o, bildirib.