Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hamilə turisti əməliyyat etməkdən imtina ediblər

Hamilə turisti əməliyyat etməkdən imtina ediblər

Tarix: 25 Iyun 2022 16:08

Maltadakı həkimlər amerikalı turistin hamiləliyini təcili dayandırmasını rədd ediblər - əməliyyatı təxirə salmaq onun həyatını təhlükə altına alır.

Milli.Az bildirir ki, bu barədə The New York Post yazır.

Hamiləliyin 16-cı həftəsində olan amerikalı Andrea Prudente partnyoru Cey Ueldreyer ilə birlikdə Maltaya istirahətə gedib. Kurortda turistin səhhəti kəskin şəkildə pisləşib - qız ağır qanaxma ilə yerli xəstəxanaya aparılıb. Bir gün sonra ultrasəs plasentanın daxili orqanlardan qismən ayrıldığını göstərib. Həkimlərin fikrincə, Prudentenin körpəsinin "amniotik maye olmadan yaşamaq şansı yoxdur".

Buna baxmayaraq, həkimlər hamiləliyi dayandıra bilməzlər - Avropa ölkəsinin qanunları hər hansı bir səbəbdən abortları qadağan edir, qanunun pozulması həbs müddəti ilə nəticələnə bilər. Prudentenin partnyoru etiraf edib ki, onların sığorta şirkəti cütlüyü Maltadan çıxarmağa çalışıb, lakin bu, həm də uşağın düşmə riski və uçuş zamanı mümkün fəsadlar səbəbindən mümkünsüz olub.

"Onlar gözləyirlər ki, ya körpənin ürək döyüntüləri kəsilsin, ya da Andrea uşağı düşürsün və onda həyatı üçün təhlükə yaradan infeksiya peyda olsun", - Ueldreyer deyib. Qeyd olunur ki, cərrahi müdaxilənin mümkünsüzlüyü səbəbindən amerikalı qadında sepsis yarana bilər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Hamilə turisti əməliyyat etməkdən imtina ediblər


RƏYLƏR