Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə ilə çox uçanlarda tromb yaranır - Kardioloq

Təyyarə ilə çox uçanlarda tromb yaranır -  Kardioloq

Tarix: 25 Iyun 2022 23:36

Təyyarədən çox istifadə edənlərdə uzun uçuşlar tromboz əmələ gəlməsini artırır.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, kardioloq Yuliya marşinçeva kimlərdə tromboz yarandığını açıqlayıb.

"Az gəzən, az hərəkət edən, maye az içən, varikoz problemi olanlarda tromboz riski yüksəkdir.

Tromboz infarkt, insult, ağciyər emboliyasına səbəb olur. Risk qrupunda 60 yaşdan yuxarı insanlardır, çünki onlarda qanın laxtalanma dərəcəsi dəfələrlə yüksəlir.

Eləcə də işi ilə bağlı təyyarədən çox istifadə edənlər, səyahəti sevənlərdə də tromboz yarana bilər. Çünki insan yerdən yüksəkdə quru hava şəraitində uzun müddət bir vəziyyətdə qalır.

Ona görə də uzun uçuşlardan öncə çox maye içmək, təyyarədə gəzişmək, ayaqları hərəkət etdirmək vacibdir. Təyyarədə çox uçanlar mütəmadi qan qatılığını yoxlatmalıdır.

Varikozu olan insanlar deformasiya olunmuş damarı vaxtında çıxarmalıdır ki, gələcəkdə o damardan qopan tromb insult, infarkta səbəb olmasın".

Milli.Az


Etiketlər:  Təyyarə ilə çox uçanlarda tromb yaranır Kardioloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ