Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus qadınlara daha çox zərər verir

Koronavirus qadınlara daha çox zərər verir

Tarix: 26 Iyun 2022 18:08

Koronavirusun uzun sürən təsirlərindən qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkirlər.

Bunu ABŞ-ın "Johnson&Johnson" şirkətinin tibbi tədqiqatçıları müəyyən ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqat zamanı COVID-19-a yoluxan təxminən 1,3 milyon xəstənin tibbi məlumatları təhlil edilib.

Xəstəliyin gedişi uzun sürən qadınlarda nevroloji, revmatoloji və mədə-bağırsaq pozğunluqları yaranıb, yorğunluq və əhval-ruhiyyənin pozulması müşahidə olunub, bundan başqa, onlar qulaq, burun və boğazda problemlərdən şikayət ediblər.

Kişilərdə isə endokrin sisteminin pozğunluqları (məsələn, şəkərli diabet) və böyrəklərin zədələnməsi müşahidə olunub.

Alimlərin sözlərinə görə, qadınlarda və kişilərdə immun sisteminin fəaliyyətindəki fərqlər COVID-19-un uzunmüddətli təsirində mühüm amil ola bilər. Qadınlar daha sürətli, daha güclü fitri və adaptiv immun reaksiyalara malikdirlər, bu onları ilkin infeksiyadan qoruyur, xəstəliyin şiddətini azaldır. Lakin məhz elə bu fərq qadınları uzunmüddətli autoimmün zədələrə daha həssas edə bilər.

Elm adamları həm COVID-19 xəstələrinin müalicəsində, həm də tədqiqatlarda cinsiyyət fərqlərini nəzərə almağı tövsiyə edirlər.

Milli.Az


Etiketlər:  Koronavirus qadınlara daha çox zərər verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ