Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qiymətlər od tutub yanır, oliqarxları həbs etmək lazımdır”

''Qiymətlər od tutub yanır, oliqarxları həbs etmək lazımdır”

Tarix: 28 Iyun 2022 19:45

Son zamanlar ərzaq məhsullarının bahalaşması müğənnilərin də nəzərindən qaçmayıb. Gündəmdən düşməyən gilas qiymətinin artımı müğənnilər arasında da müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a açıqlama verən müğənni Əli Mirəliyev bildirib ki, söhbət sadəcə gilasdan getmir. Ümumiyyətlə hər şeyin - yağın, pendirin, kartof-soğanın qiyməti qalxıb. Biz əvvəllər onları bir neçə qəpiyə alırdıq:

"Belə qiymətləri heç vaxt görməmişəm, od tutub yanır. Bu bahalaşmanın səbəbkarları oliqarxlardır. Qiymətlər bu minvalla artsa, narazılıq, dava-dalaş olacaq, axırda dükanlara hücum çəkib, sındırıb dağıdacaqlar. Ərzaqları yığıb, aparacaqlar. Oliqarxları həbs etmək lazımdır ki, ərzaqları o qiymətə gətirməsinlər".

Müğənni bu fikirdədir ki, qiymətlərinin yüksək olması son nəticədə boşanmalara da təsir edir: 

"Birinin maaşı 800, 900, 1000 manatdır. Bəs o biri? O axı pensiyaçıdır. Digəri də cavandır, işi yox, gücü yox. Yemək istəyir, yaşamaq istəyir. Yaxşı, bəs necə olsun? İş verin də buna. İş yerləri olmalıdır ki, cavan uşaqlar küçələrdən yığışsın, işləsinlər. Bütün gün bu cavanlar ya pul oğurlayır, ya kimdənsə borc götürürlər, o bunu aldadır, bu onu aldadır. Axı biz yaxşı millətik. Niyə bu günə qoydunuz? Hamısı evlənir, iki aydan sonra ayrılır. Belə şey olar? Buna son qoymaq lazımdır".

Milli.Az


Etiketlər:  Qiymətlər tutub yanır oliqarxları həbs etmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ