Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 18:21
Türkmənistanda ötən dəfəki görüşümüzdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı irəliləyiş var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə söyləyib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək.
"Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.