Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO

Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO

Tarix: 30 Iyun 2022 20:58

Daha bir Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu məlumat yayıb.

"Əmək və əhalinin sosail müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezidentin adından toyu olan qazi Kənana üçotaqlı mənzilin açarlarını və sənədlərini təqdim etdi! Xoşbəxt olsun!", - o qeyd edib.

R.Kərimoğunun sözlərinə görə, toyda ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behdudov, Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da iştirak edir.


Etiketlər:  Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ