Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 23:44
Rusiyaya məxsus iki "Su-30" döyüş təyyarəsi Ukraynanın İlan adasını qadağan olunmuş fosfor bombaları atıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat deyib.
"Rusiya ordusunun rəhbərliyi "xoşməram jesti" kimi açıqladıqları öz bəyanatlarına belə əməl etmir. Bu gün saat 18:00 ( Bakı vaxtı ilə 20:00) radələrində Bilbek aerodromundan Rusiya Silahlı Qüvvələrinə məxsus bir cüt Su-30 qırıcı təyyarəsi İlan adasına iki dəfə fosfor bombaları ilə hava zərbəsi endirib"-deyə, o bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb ki, bu faktlar Rusiya ilə müqavilələrdən danışan hər kəsə məlum olmalıdır.
Qeyd edək ki, Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib. Rəsmi Moskva bunu xoşməramlı addım kimi dəyərləndirib.
Xatırladaq ki, İlan adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın zəbt edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.
Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın "Moskva" raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərək batırılıb. Bundan başqa, ada "Bayraktar" TB-2 PUA-larının daimi bombardımanı altında qalıb.