Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarımsağı necə yeyək ki, faydası olsun?

Sarımsağı necə yeyək ki, faydası olsun?

Tarix: 3 Iyul 2022 08:12

Yaxınlarda Almaniya alimləri sarımsaqla bağlı geniş araşdırma aparıblar. Saglamolun.az bildirir ki, alimlər sarımsağın insan orqanizminə olan müalicəvi və profilaktik təsirini araşdırıblar.

Nəticələr alimləri sözün əsl mənasında heyrətləndirib. Alimlər sarımsağı insan sağlamlığı üçün ən faydalı məhsullardan biri kimi qiymətləndirib və hər gün ən azı 2 diş sarımsağı qəbul etməyi tövsiyə ediblər.

Sarımsağın faydaları həqiqətən saymaqla bitməz. Sarımsaq damarları təmizləyir, təzyiqi normallaşdırır, xərçəng əleyhinə təsirə malikdir, orqanizmə güclü iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir.

Lakin istənilən məhsuldan fayda almaq üçün onu düzgün qəbul etmək lazımdır.

Belə ki, mütəxəssislər sarımsağı qəbul etdikdən əvvəl xırda doğramağı, 10-15 dəqiqə gözləməyi və yalnız sonra qəbul etməyi tövsiyə edirlər. Bu müddət ərzində sarımsaqda oksigenin təsirindən kimyəvi reaksiyalar gedir və nəticədə onun faydası bir neçə dəfə artır.

Mütəxəssislər sarımsağı yalnız çiy halda yeməyi tövsiyə edirlər. Bişirilmə zamanı yüksək temperaturun təsirindən sarımsaq öz faydalı xüsusiyyətlərini itirir.


Etiketlər:  Sarımsağı necə yeyək faydası olsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ