Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ukraynanın hərbi xərcləri 10 dəfə artıb” Denis Şmıqal

“Ukraynanın hərbi xərcləri 10 dəfə artıb” Denis Şmıqal

Tarix: 3 Iyul 2022 19:34

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Kiyevin hərbi xərcləri 10 dəfə, 13 milyard qrivnadan (təxminən 440 milyon dollar - Red) 130 milyard qrivnaya qədər artıb".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib.

"Ordunun saxlanması üçün təxminən 156 milyard qrivnamız olsaydı, bu, Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna ordusunun illik büdcəsi idi, bu gün təxminən 130 milyard aylıq məbləğdir"-deyə, o əlavə edib.

Denis Şmıqal əlavə edib ki, sosial müavinətlərə, dağılmış infrastrukturun bərpasına və məcburi köçkünlərə ayrılan xərclər də xeyli artıb:

"Hakimiyyət biznesi dəstəkləmək üçün 30 milyard qrivnadan çox pul ödəyib. Büdcə xərcləri ilə vergi və gömrük rüsumlarından daxilolmalar arasında fərq hazırda 4-5 milyard dollar təşkil edir. Bu məbləğ ölkənin aylıq tələbidir".


Etiketlər:  Ukraynanın hərbi xərcləri dəfə artıb Denis Şmıqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ