Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu rayonda kəndlər sel suları altında qaldı - magistral yol bağlandı - FOTOlar

Azərbaycanda bu rayonda kəndlər sel suları altında qaldı - magistral yol bağlandı - FOTOlar

Tarix: 4 Iyul 2022 09:24

Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

Milli.Az bildirir ki, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Milli.Az


Etiketlər:  Azərbaycanda bu rayonda kəndlər sel suları altında qaldı magistral yol bağlandı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ