Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaş salfetlərdən ibarət “ada” Temza çayının axarını dəyişib

Yaş salfetlərdən ibarət “ada” Temza çayının axarını dəyişib

Tarix: 4 Iyul 2022 16:24

İstifadə olunmuş yaş salfetlərdən ibarət süni ada sayəsində Temza çayının axarı bir qədər dəyişib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ada iki tennis meydançası ölçüsündədir və bəzi yerlərdə onun qalınlığı bir metrə çatır.

Böyük Britaniya hakimiyyəti dəfələrlə sakinləri nəm salfetlərdən imtina etməyə çağırıb və hətta onları qadağan etmək istəyib.

İnsanlar bu gigiyena məhsulunu kanalizasiyaya atır. Lakin nəm salfetlər suda ərimir və sonda Temzada toplanır.

Ekoloqlar deyirlər ki, nəm salfetlər təkcə çayın özünə deyil, bütün su ekosisteminə zərər verir. Belə ki, onların tərkibində çoxlu plastik var.


Etiketlər:  Yaş salfetlərdən ibarət Temza çayının axarını dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ