Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şok: Bu oyunlar 91:1 və 95:0 hesabı ilə yekunlaşdı

Şok: Bu oyunlar 91:1 və 95:0 hesabı ilə yekunlaşdı

Tarix: 6 Iyul 2022 23:04

Sierra Leone Futbol Federasiyası ölkənin yüksək liqasının seçmə mərhələsinin son turunda "Qulf"un "Livan Kokima"ya 91:1 hesabı ilə qalib gəldiyi və "Reyncers"in "Kokima Biq"i 95:0 hesablı məğlub etdiyi matçlar barədə araşdırma başladıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən qələbələr Sierra Leone futbol tarixindəki ən böyük nəticələr olub.

Görüşlərin ilk hissəsində müvafiq olaraq 7:1 və 2:0 hesabı qeydə alınıb. Lakin qalib komandalar ikinci hissədə qeyri-adi oyun nümayiş etdiriblər və rekord hesabla qələbə qazanıblar. Eyni zamanda "Qalf" və "Livan Kokima" arasındakı matçın hakimi ikinci hissəyəni idarə etməkdən imtina edib və əvəzlənib.

Hər iki nəticə oyunların müqavilə xarakterli olması ilə bağlı şübhələrə görə ləğv edilib. Sierra Leone Futbol Federasiyası hadisə ilə bağlı hər 4 klubun oyunçuları və nümayəndələrini, eləcə də hakimləri araşdıracağını bildirib.

Sierra Leone Futbol Federasiyasının rəhbəri Tomas Daddi Brima məsələ ilə əlaqədar açıqlamasında deyib: "Biz dayanıb belə biabırçı vəziyyətin cəzasız qaldığını görə bilmərik".

Milli.Az


Etiketlər:  Şok Bu oyunlar 911 950 hesabı ilə yekunlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ