Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 19:44
ABŞ-ın Cənubi Dakota ştatının üzərində ildırım zamanı səma parlaq yaşıl olub.
Sonxeber.net bildirir ki, bu barədə "USA Today" qəzeti məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, fırtına zamanı səma qəfildən mavidən yaşıla çevrilib. ABŞ-ın bəzi sakinləri "Stranger Things" serialında olduqlarını hiss etdilər, digərləri isə baş verənlərə elmi əsaslandırma tapmağa çalışdılar.
Meteoroloq Kori Martinin sözlərinə görə, fenomenin sadə izahı var. Ştatda tufan günortadan sonra başlayıb - günəşin parlaq qürub işığı sınmağa və mavi rəngə malik su və buz hissəcikləri ilə qarşılıqlı təsir göstərməyə başlayıb. Mütəxəssis əlavə etdi ki, bu effekti əldə etmək üçün çoxlu maye lazımdır.
İrfan Vəliyev