Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 05:03
Marketlərdə satılan keyfiyyətsiz yediyiniz cipsiləri yemək ya da uşağınıza yedizdirmək əvəzinə, özünüz mətbəxdə keyfiyyətli versiyalarını hazırlaya bilərsiniz.
Həm aşağı kalorili həm də hamının, xüsusilə də uşaqların sevdiyi alma cipsinin hazırlanışını təqdim edirik:
Lazım olanlar:
3 qırmızı alma
Limon suyu
Bir az darçın
Hazırlanma qaydası:
Alamaları yuyub qabıqlarını soymadan cips kimi incə-incə kəsin. Kəsdiyiniz almaları limon suyu ilə ovalayın. Sobaya vermədən öncə üzərinə darçın səpəcəyiniz bir miqdar darçınla toxluq hissi yaranmasını sürətləndirə bilərsiniz. Qaba yağlı kağızı qoyun və alma dilimlərini düzün. Öncədən isidilən 120 dərəcə sobada təxminən yarım saat bişirin. Sobadan çıxarandan sonra soyumasını gözləyin.