Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda bir ailənin 5 üzvünün asılmış halda meyiti aşkarlanıb

İranda bir ailənin 5 üzvünün asılmış halda meyiti aşkarlanıb

Tarix: 9 Iyul 2022 18:46

İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsfahan əyaləti məhkəməsinin başçısı höccətülislam Əsədullah Cəfəri bildirib.

Onun sözlərinə görə, polis zabitləri bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar:

"Meyitlərin fiziki vəziyyəti hadisənin bir neçə gün əvvəl olduğunu deməyə əsas verir".

Meyitlər məhkəmə-tibbi ekspertizada müayinə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  İranda bir ailənin 5 üzvünün asılmış halda meyiti aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ