Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 22:18
Ermənistan və Azərbaycan dövlət sərhədinin Zəngəzur hissəsində demarkasiya prosesi başa çatıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Hraparak" nəşri çıxış edib.
Nəşr qeyd edir ki, Paşinyan hakimiyyəti delimitasiya və demarkasiya prosesinə hazırlıqdan danışsa da, əslində Zəngəzur bölgəsində sərhəd xətləri müəyyənləşdirilib.
"Bu, 2020-ci ilin dekabrında Azərbaycanla imzalanan memorandumla həyata keçirilib", - nəşr yazır.
Azərbaycan və Ermənistan arasında belə bir memorandumun olduğu rəsmi şəkildə təsdiqlənməyib. Bu haqda iddianı Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan ötən ilin noyabr ayında ortaya atıb. Ermənistan hökuməti isə bu iddianı təsdiq etmədiyi kimi, təkzib də etməyib.
Nəşrin iddiasına görə, Gorusdan Mehriyə qədərki sərhəddə delimitasiya və demarkasiya işləri tamamlanıb.