Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qrant layihələrində çalışanların fəaliyyəti necə rəsmiləşdirilir?

Qrant layihələrində çalışanların fəaliyyəti necə rəsmiləşdirilir?

Tarix: 13 Iyul 2022 21:34

Vətəndaş qrant müsabiqəsində təlimçi kimi 3 ay fəaliyyət göstərərək müqavilə üzrə xidmət haqqı almalıdır. Buna görə ondan elektron qaimə-faktura vermək üçün "ASAN İmza" tələb olunur. "ASAN İmza" olmadan xidmət haqqını almaq mümkündürmü?

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qarşı tərəfə təqdim etməlidir.

Qeyd olunub ki, elektron qaimə-faktura vergiödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində hazırlanır. Vergiödəyicisi gücləndirilmiş elektron imza (o cümlədən "Asan İmza") vasitəsilə portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir.


Etiketlər:  Qrant layihələrində çalışanların fəaliyyəti necə rəsmiləşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ