Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 22:36
Qonşu Gürcüstanda fəaliyyət göstərən 100 klinikanın 23 mindən çox əməkdaşı tətil elan ediləcəyini bildirib.
Sonxeber.net xəbər verir ki, onlar Gürcüstanın Səhiyyə Nazirliyi üçün son tarixin 20 iyul olduğunu vurğulayıblar.
Tibb işçiləri bildiriblər ki, hər şey bahalaşıb və indiki tariflərlə işləməyə davam edə bilməyəcəklər.
Onlar tariflərə yenidən baxılmasını və indeksləşdirilməsini tələb edirlər, əks halda Tbilisidə və regionlarda yüzlərlə klinika iflasla üzləşəcək.
"Bəzi klinikalar universal səhiyyə proqramı çərçivəsində fəaliyyətini davam etdirə bilməyəcək. Düşünürəm ki, nəticə əldə edəcəyik, tariflərə yenidən baxılacaq. Klinikaların fəaliyyətini dayandırması təhlükəsindən qaçacağıq. Tarifləri artırmaq lazımdır ki, klinikalar keyfiyyətli xidmət göstərə bilsinlər", deyə Saçxeri klinikasının rəhbəri Mişa Kamuşadze qeyd edib.
Məlumat üçün bildirək ki, bu gün bütün klinikalar 2013-cü ilin tarifləri ilə fəaliyyət göstərir ki, bu da tibb işçilərinin fikrincə, ölkədə mövcud inflyasiya nəzərə alınmaqla xəstəxanaları iflas riski ilə üz-üzə qoyur. (publika.az)