Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suyun həm bərk, həm də maye halı kəşf edildi

Suyun həm bərk, həm də maye halı kəşf edildi

Tarix: 14 Iyul 2022 23:03

30 illik bir elmi təxmin üzərində 2 ildir təcrübələr reallaşdıran elm insanları, nəhayət suyun eyni anda həm bərk, həm də maye olduğu super ionik buza aid konkret sübutlar əldə etməyi bacardılar.

Elm insanları ilk dəfə 1988-ci ildə həm maye, həm də bərk maddə xüsusiyyətləri daşıyan super ionik buzun varlığını təxmin etmişdilər. Lakin dünyada olmayan və yalnız qeyri-adi şərtlərdə var ola bilən super ionik buza dair bu ana qədər bəzi kompyuter simulyasiyaları yaradılsa da, hər hansı bir dəlil tapıla bilməmişdi.

Lourens Livermor Milli Laboratoriyasının (LLNL) elm insanları, 2 il boyunca reallaşdırdıqları müxtəlif təcrübələr nəticəsində eyni anda həm bərk, həm də maye xüsusiyyətləri daşıyan super ionik buzun varlığını sübut etməyi bacardılar. Uran və Neptun kimi planetlərdə olduğu təxmin edilən super ionik buz, bu planetlərin maqnetik sahəsindəki fərqliliklərə də bir şərh gətirə bilər.

Qrupun hazırladığı təcrübə təxminən 10-20 nanosaniə davam etdi. Təcrübə əsnasında iki almazın arasına yerləşdirilən buz parçasına istilik və təzyiqi fövqəladə şəkildə artırması üçün lazer şüası tutuldu. İstiliyi təxminən 5 min dərəcəyə çıxan buz parçasında təzyiq isə standart atmosferik təzyiqin 2 qatına çatdı.

Bu fövqəladə şərtlərdə hidrogen atomları mayelərdə olduğu kimi hərəkətlərinə davam edərkən, molekul quruluşu bərk olaraq qalmağa davam etdi. Beləcə araşdırmaçılar, ilk dəfə super ionik buza aid konkret dəlillər əldə etmiş oldular.

Milli.Az


Etiketlər:  Suyun həm bərk həm maye halı kəşf edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ