Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moody's: “Belarus xarici borcunu defolt edib”

Moody's: “Belarus xarici borcunu defolt edib”

Tarix: 15 Iyul 2022 08:42

Moody's beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.

Çərşənbə günü (13 iyul - Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər "Belarus-27" onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.

Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:

"Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur", - agentliyin açıqlamasında deyilir.


Etiketlər:  Moodys Belarus xarici borcunu defolt edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ