Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi də vacib məsələlərdəndir

Prezident: Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi də vacib məsələlərdəndir

Tarix: 15 Iyul 2022 20:12

Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söyləyib.

Dövlətimizin başçısı deyib: "Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir".


Etiketlər:  Prezident Qarabağ Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi vacib məsələlərdəndir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ