Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 23:42
Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib.
"Bu günə olan məlumata əsasən 1 346 nəfər həlak olub, dinc sakinlərin öldürüldüyün vurğulayıram.
Onların əksəriyyəti odlu silahla öldürülüb", - o, milli telemarafonun efirində deyib.
Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil.
Onun sözlərinə görə, hazırda 300-ə yaxın insan itkin düşmüş hesab olunur.