Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 15:52
Moskvada mənzildə kirayəçilərdən birinin meyiti tapılıb.
Sonxeber.net bildirir ki, MK.RU-nun məlumatına görə, 71 yaşlı kişi təxminən 6 il əvvəl vəfat edib, lakin bütün bu müddət ərzində qonşular bunu hiss etməyiblər.
Nəşrin məlumatına görə, mumiyalanmış cəsədi mənzildə naqilləri təmir edən elektrik ustası aşkar edib. Fəhlə moskvalının otağına gedən qapıya söykəndi, qapı açıldı və elektrikçi divanda bir adamın meyitini gördü.
Mərhumun qonşuları ünsiyyətcil olmayan və spirtli içki aludəçisi olan qonşusunun qohumlarının yanına getdiyinə əmin olduqlarını bildiriblər. Qonşuların dediyinə görə, onlar mənzildə daim siqaret çəkdikləri üçün çürümə iyini hiss etməyiblər və tütün tüstüsü onu boğub.
İlkin versiyaya görə, yaşlı kişinin ölümü zorakı olmayıb - o, kəskin ürək-damar çatışmazlığından ölə bilərdi.
İrfan Vəliyev