Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Hədəf suriyalıların vətənə təhlükəsiz şəkildə geri dönməsidir

Ərdoğan: Hədəf suriyalıların vətənə təhlükəsiz şəkildə geri dönməsidir

Tarix: 20 Iyul 2022 00:00

İstər İŞİD, PKK-YPG və ya digərləri olsun, biz terror təşkilatları arasında fərq görmürük.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitinin nəticələrinə dair mətbuat konfransı zamanı deyib.

O, terror təşkilatlarının Suriya və bölgə üçün əsas təhlükə mənbəyi olduğunu bir daha xatırladaraq, Suriya münəqişəsinin həlli üçün siyasi prosesin sürətlənməsinin və BMT prinsiplərinə əməl edilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin Suriya xalqının humanitar böhrandan çıxması üçün bir sıra tədbirlər gördüyünü də qeyd edib. Onun sözlərinə görə, burada hədəf suriyalıların ölkələrinə könüllü, qürurlu və təhlükəsiz şəkildə geri dönmələridir.


Etiketlər:  Ərdoğan Hədəf suriyalıların vətənə təhlükəsiz şəkildə geri dönməsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ