Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək

Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək

Tarix: 20 Iyul 2022 17:24

68 yaşlı Honq-Konqlu aktyor və rejissor Ceki Çan Çin diplomatlarının evakuasiyasına həsr olunmuş filmin icraçı prodüseri olub.

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, Çin hökumətinin sifarişi ilə "Ev əməliyyatı" adlı filmdə vətəndaş müharibəsinin getdiyi qondarma Poman ölkəsində baş verən hadisələr göstəriləcək. Məlumata görə, sui-qəsdin əsasını 2015-ci ildə Yəməndə baş verən iğtişaşlar təşkil edib.

"Film insan talelərindən bəhs edir, süjet Çin hökumətinin diplomatlarını və digər vətəndaşlarını, habelə vətəndaş müharibəsinin baş verdiyi müəyyən bir Yaxın Şərq ölkəsindən əcnəbiləri necə evakuasiya etməsi ətrafında qurulub".

Filmin çəkilişində iştirak edən "Art Maker Production" təşkilatının direktoru Ziyad Əli belə deyib.

O, əlavə edib ki, layihənin 40 faizi Suriya şəhərlərində çəkiləcək. Filmin prodüserləri bunun üçün müharibədən əziyyət çəkən əraziləri və Yaxın Şərq kaloritini axtarıb. Suriya isə belə uyğun "kamera dekorasiyası"na və "texniki imkanlara" malikdir.


Etiketlər:  Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ