Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 08:28
Rusiya bankları ilin ikinci rübündə 339, birinci rübündə isə 429 əlavə ofisini bağlamalı olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Bankın saytında məlumat verilib.
Ən çox ofis (22) Sverdlovsk vilayətində bağlanıb. Bu baxımdan siyahıda ikinci yerdə Moskva (20), 3-4-cü yerlərdə isə Moskva vilayəti və Başqırdıstan (hər biri 18) qərarlaşıb. Əlavə ofislərin sayı yalnız Kalininqrad vilayətində (3 əlavə ofis açılıb) və Stavropol diyarında (1 əlavə ofis açılıb) artıb.
BKF bankının analitik departamentinin rəhbəri Maksim Osadçiy bildirib ki, ofislərin azalması əhali üçün bank xidmətlərinin əlçatanlığını azaldır və regional iqtisadiyyata mənfi təsir göstərir. Onun proqnozlarına görə, əlavə ofislərin ixtisarı prosesi üçüncü rübdə də davam edəcək.
"300-400 əlavə ofisin bağlanacağını proqnozlaşdırmaq olar", - Osadçiy bildirib.