Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ürək otu sayılan cincilimin faydalari

Ürək otu sayılan cincilimin faydalari

Tarix: 21 Iyul 2022 21:45

Qədimdə cincilimi yara, xora, furunkul, müxtəlif şişlərin müalicəsində çox geniş istifadə edirdilər.

Cincilimin bir çox faydalı xüsusiyyətləri var. Cincilimi "ürək otu" adlandırırlar. Bu ot həqiqətən ürəyin sağlamlığına müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə kömək edir.

Bundan əlavə cincilim sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, əsəbiliyi aradan qaldırır. Sakitləşdirici çay resepti: 1 ç.q. xırda doğranmış cincilimi 1 fincan qaynar suda dəmləyin, süzün və adi çay kimi için.

Cincilim nəfəs yollarını selikdən təmizləyir, bronxit, öskürək zamanı faydalıdır.

Cincilim ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Cincilim mədə ağrılarını və köpü azaldır, qəbizlik zamanı kömək edir.

Cincilim uşaq əmizdirən qadınlarda laktasiyanı artırır, mastitin qarşısını alır.

Revmatizm, oynaq ağrıları, varikoz xəstəliyi zamanı cincilimi blenderdə xırdalayın, tənzifin üzərinə qoyun və ağrıyan oynaqların, genişlənmiş damarların üzərinə kompress şəklində qoyun.

Uşaqlarda diatez zamanı cincilimi dəmləyin, süzün və bu dəmləməni uşağı çimizdirəndə vannaya əlavə edin.

Cincilim həmçinin əla kosmetik vasitədir - dərini cavanlaşdırır, təmizləyir, sızanaqları aradan qaldırır.

Milli.Az


Etiketlər:  Ürək otu sayılan cincilimin faydalari


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ