Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 08:06
Avropa Polis Agentliyi (Avropol) Ukraynadan silah qaçaqmalçılığı ilə bağlı iddianı təsdiqləməyib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə idarənin rəsmi saytında bildirilir.
Hesabatda deyilir ki, Avropol Avropa İttifaqına silah qaçaqmalçılığı təhlükəsini azaltmaq üçün Ukrayna rəsmiləri ilə sıx əməkdaşlıq edir.
Qeyd edilir ki, keçmişdə döyüş bölgələrində odlu silahların sıəhv əllərə keçməsi təhlükəsi vardı.
Avropol xəbərdarlıq edib ki, Ukraynada odlu silah və partlayıcı maddələrin yayılması müəyyən edilmiş qaçaqmalçılıq marşrutları və ya onlayn platformalar vasitəsilə Avropa İttifaqına odlu silah və sursatların qanunsuz dövriyyəsinin artmasına səbəb ola bilər.
Xatırladaq ki, daha əvvəl Avropa Polis Agentliyinin nümayəndəsi Yap Op Qen Oort Ukraynadan silah qaçaqmalçılığı ilə bağlı məlumatların olduğunu bildirmişdi.