Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz”

“Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz”

Tarix: 23 Iyul 2022 08:46

Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz.

Sonxeber.net "Report"a istinadən bildirir ki, kansler Rusiyanı təhlükəli qaz təchizatçısı hesab edir. Onun sözlərinə görə, gələcəkdə təchizat indikindən daha təhlükəsiz olmayacaq.

"Biz ölkə olaraq bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik", - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının və tədarükünün azalması ilə əlaqədar həyəcan rejimini işə salmışdı. Eyni zamanda ölkədə qazın qiyməti qalxıb.


Etiketlər:  Rusiyadan tədarükünə artıq etibar etmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ