Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ofisiant qadın saç üçün məhsulları satmağa başladı və 26 yaşında milyonçu oldu

Ofisiant qadın saç üçün məhsulları satmağa başladı və 26 yaşında milyonçu oldu

Tarix: 23 Iyul 2022 17:46

Böyük Britaniyadan olan ofisiant qadın öz kosmetik markasını yaradıb və bir neçə il ərzində varlanıb.

Sonxeber.net bildirir ki, onun hekayəsini "The Sun" dərc edib.

London sakini Erim Kaur gecə klubunda işləyərək biznes qurmaq üçün pul yığmağa başladığını bildirib. Onun sözlərinə görə, saç yağı yaratmaq ideyası ona anasının ölümündən sonra tellərinin tökülməsi ilə üzləşdiyi vaxt gəlib. "Mən bir resept hazırladım və digər qızlara kömək etmək qərarına gəldim", - iş qadını deyib.

Məlumata görə, iş qadını 2019-cu ildə ByErim brendini qeydiyyatdan keçirib və işin ilk günündə 750 şüşə məhsul satmağı bacarıb. Məlumdur ki, bir neçə ay ərzində materialın qəhrəmanı 26 yaşına kimi 1,5 milyon funt sterlinq qazanaraq milyonçu olub.

"Belə uğur gözləmirdim! Sifarişləri emal etmək üçün dostlardan kömək istəməli oldum. Qazandığım bütün pulları biznesimin inkişafına yatırıram, amma qazanc hələ də qalır. Biznes mənə istədiyim kimi yaşamağa imkan verir, hətta öz mənzilimi də ala bildim", - britaniyalı jurnalistlərə müsahibəsində bildirib.

İrfan Vəliyev


Etiketlər:  Ofisiant qadın saç üçün məhsulları satmağa başladı yaşında milyonçu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ