Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qulağa su dolması

Qulağa su dolması

Tarix: 26 Iyul 2022 02:03

Qulağa suyun dolması hamamda çimərkən və ya dənizdə, havuzda üzərkən sıx-sıx rastlaşdığımız vəziyyətdir. Əgər sağlam qulağınız varsa, təmiz və ilıq suyun qulağa düşməsinin heç bir qorxusu yoxdur. Amma yenədə insanı narahat edir.
- qulağa düşən suyun temperaturu çox önəmlidir;
- kimyəvi tərkibi çox önəmlidir. Şampunlu su qulağın qoruyucu qatını pozur. Nəticədə belə su qulağa daha çox təsir edir.
Əgər qulağınızda problem varsa, qulaqda əməliyyat keçirilibsə, qulaq pərdəsinin tamlığı pozulubsa, otit varsa qulağa düşən su çox təhlükəli ola bilər. Belə hallarda heç bir tədbir gormədən birbaşa həkimə müraciət edin.
Qulağa su düşən zaman nə etməli?
- Başı tərpədib və əlin biləyə yaxın hissəsiylə başa bərk vurmaq;
- Su düşən qulağını yastığa qoyub yatmaq;
- Ovuc içini qulaq dəliyinə qoyub bərk sıxıb buraxıb vakuum effekti yaratmaq;
- Feni zəif dərəcədə qoyub uzaqdan qulağa tutmaq;
- Apteklərdə antiseptik qulaq damcısı alıb qulağa tökmək.
Bunların heçbiri kömək etməzsə dərhal həkimə müraciət edin.


Etiketlər:  Qulağa dolması


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ