Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: “Qarabağ” “Sürix”ə qarşı

Çempionlar Liqası: “Qarabağ” “Sürix”ə qarşı

Tarix: 27 Iyul 2022 08:00

Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək. Milli.Az matc.az-a istinadən bildirir ki, "köhlən atlar" İsveçrədə "Sürix"lə üz-üzə gələcək. 

Bir həftə əvvəl Bakıda keçirilən oyunda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. "Qarabağ" İsveçrəyə hesab üstünlüyü ilə getsə də, "Sürix"in mərhələ keçmək üçün əlindən gələni edəcəyinə şübhə yoxdur.
 
Ağdam təmsilçisi cavab oyununda ilk növbədə qapısının toxunulmazlığını qorumağa çalışacaq. Amma İsveçrə komandasının hücum potensialının yüksək olduğunu nəzərə alsaq, bu, heç də asan olmayacaq. İlk oyunda olduğu kimi, cavab matçının da sürətli və gərgin keçəcəyini gözləmək olar.
 
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
27 iyul
 
21:00. Sürix (İsveçrə) - Qarabağ
Hakimlər: Allard Lindhout, Çarlz Sxap, Roy De Nas, Jerön Mansxot (hamısı Niderland).
İsveçrə. "Letsiqrund" stadionu.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Qarabağ Sürixə qarşı


RƏYLƏR