Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo Messi və Van Deyki yaxşılar sırasında görmədi

Ronaldo Messi və Van Deyki yaxşılar sırasında görmədi

Tarix: 24 Sentyabr 2019 11:56

"The Best"in finalçıları Lionel Messi, Vircil van Deyk və Kriştiano Ronaldo da FİFA-nın dünyanın ən yaxşı futbolçusu sorğusunda iştirak ediblər.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Argentina millisinin kapitanı Messi müvafiq ardıcıllıqla  Sadio Mane, Kriştiano Ronaldo, Frenki de Yonqa səs verib.

Portuqaliya millisinin kapitanı Ronado isə digər finalçılara səs verməyib. "Yuventus"un hücumçusu birinci yerə yeni komanda yoldaşı Matteys de Liqti, ikinci yerə Frenki de Yonq, üçüncü yerə isə Kilian Mbappeni layiq bilib.

Hollandiya millisinin kapitanı Vircil Van Deyk üçün ən yaxşı futbolçu Lionel Messidir.  "Liverpul"un müdafiəçisi komanda yoldaşları Məhəmməd Salah və Sadio Maneni növbəti yerlərə layiq görüb.

 


Etiketlər:  Ronaldo Messi Deyki yaxşılar sırasında görmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ