Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 21:48
1. Hədisdə var ki, bir nəfər imam Sadiqə (ə) baş ağrısından əziyyət çəkdiyini dedi.
İmam (ə) buyurdu: "Qalx və get hamama heç bir iş görmədən 7 ovuc isti su tök başına və hər dəfədə bismillah de".
Əgər fikirləşsək ki, başa su tökməklə bismillah deməyin arasında nə əlaqə var tapa bilmərik. Əgər bəşəriyyət istəsə hər bir hadisənin səbəbini tapsın yenə də tapa bilməz. Bəzi vaxtlar bir şeyi bir hadisənin səbəbi bilir amma həqiqətdə səbəb başqa bir şeydir.
Həmçinin qeyd edək ki illət və səbəblər 2 növdür:
Cismi və mənəvi. Bunlardan hər birinin müxtəlif növləri var. Misal üçün baş ağrısının səbəbi mədədən, soyuqlamaqdan, əsəbin zəifliyindən, sıxıntıdan, xoşagəlməz səslərdən, tünd qoxulu ətirlərdən, ciyərdən, göz ağrısından, qulaq ağrısından, qızdırmadan, qəm və qüssədən, qorxudan ya çox fikr etməkdən ola bilər. Həkim gərək əvvəl baş ağrısının səbəbini tapsın ki sonra onu sağaltsın.
Ola bilsin qeyd olunan hədisdə İmam (ə) Xorasanlı kişidə baş ağrısına görə iki səbəb tapdı, biri mənəvi səbəb idi və o sıxıntı idi ki, kişidə əmələ gəlmiş idi. Digəri cismi səbəb idi ki, soyuqdəyməyə yoluxmuş idi. İmam(ə) onun mənəvi xəstəliyini bismillah deməklə və cismi xəstəliyini suyu başına tökməklə sağaltdı.
2. Küncüd yağı: Hədisdə var ki, Hz Peyğəmbərin (s) nə vaxt başı ağrısaydı burnuna küncüd yağı tökərdi.
3. Su və Quran ayəsi: Hədisdə var bir nəfər imam Həsən Əskəriyə (ə) baş ağrılarından əziyyət çəkdiyini dedi imam ona bir istəkan su götürüb və suya Ənbiya surəsinin 30-cu ayəsini oxuyub suyu içməsini buyurdu.
4. Hicamət: Hicamətin bütün növləri baş ağrısı üçün faydalıdır.
5. Hamama daxil olmazdan qabaq ilıq su içmək: Hədisdə var ki, baş ağrılarına yoluxmaq istəmirsənsə hamama daxil olmazdan qabaq beş qurtum su iç.
6. İmam Baqir (ə) buyurur: Başı ağrıyan şəxs 7 dəfə əli ilə başına məsh çəksin və desin
"ِاَعُوذُ بِالله الَّذِي سَكَنَ لَهُ ما فِي البَرِّ و البَحْر و ما في السَمَواتِ و الَارْضِ و هو السَميعُ العَلِيم"
baş ağrısı keçib gedəcək.
7. Hədisdə var başı ağrıyan şəxs əlini başına qoysun və 7 dəfə desin"
بسم الله الذي لا يضر مع اسمه شئ في الارض ولا في السماء و هو السميع العليم اللهم اني استجير بك مما استجار به محمد صلی الله عليه و آله لنفسه "
8. Həmçinin
-"ولو ان قرآنا سيرت به الجبال او قطعت به الارض او كلم به الموتی بل لله الامر جميعا"(رعد:31)
-"تكاد السموات يتفطرن منه و تنشق الارض و تخر الجبال هدا"(مرىم:90)
-"و جعلنا من بين ايدهم سدا و من خلفهم سدا فاغشيناهم فهم لا يبصرون"(يس:9)
-"و قيل يا ارض ابلعي ماءك و يا سماء اقلعي و غيض الماء و قضي الامر و استوت علی الجودي و قيل بعدا للقوم الظالمين"(هود:44)
ayələrini oxumaq baş ağrısını aradan aparır.