Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçi südündə koronavirusun dərmanı tapıldı

Keçi südündə koronavirusun dərmanı tapıldı

Tarix: 28 Iyul 2022 23:06

Alimlər keçi südündə koronavirus infeksiyasına qarşı təsirli protein aşkarlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Türkiyənin Marmara Universitetində işləyən professorlar - Tuğba Tunalı Akbay, Göksəl Şener və Betül Okuyan keçi südündə koronavirusa qarşı təsirli protein tapıblar.

Onların keçi südünün COVID19 virusuna təsiri mövzusunda apardığı araşdırma barədə məqaləsi "European Journal of Pharmacology"da dərc olunub.

Professor T.T.Akbay keçi südünün tərkibində olan zülalların koronavirusa təsir etdiyini görüblər. Onlar bu zülalların virusun insan orqanizminə təsir gücünü zəiflətdiklərini müşahidə edib. Məlum olub ki, keçi südünün tərkibindəki zülal reseptorları bloklayır və virusun hüceyrəyə daxil olmasına qismən mane olur.

T.T.Akbay keçi südünün bol istehlakının eyni zamanda orqanizmində immunitet səviyyəsini artırdığını bildirib və risk qrupuna daxil olan şəxslərin keçi südündən istifadə etməsini tövsiyə edib.

Milli.Az


Etiketlər:  Keçi südündə koronavirusun dərmanı tapıldı


RƏYLƏR