Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uill Smit "Oskar"da vurduğu şilləyə görə üzr istədi

Uill Smit

Tarix: 30 Iyul 2022 10:04

94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smit aparıcı Kris Roka vurduğu şilləyə görə üzr istəyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 3 ay sonra əməlinə görə şoumendən üzr istəyib. O, sosial şəbəkədə video paylaşaraq bunları deyib.

"Bunu şəxsən etmək istədim, amma Rok qarşı çıxdı. Səndən üzr istəyirəm, davranışım qəbuledilməz idi. Söhbət etməyə hazır olduğun zaman buradayam. Mən sənin ananın verdiyi müsahibəni gördüm. Çox adam zərər çəkib. Ona görə də mən sizin ailədən, xüsusilə də qardaşın Tonidən üzr istəyirəm. Bizim çox gözəl münasibətlərimiz var idi. Toni mənim adamım idi. Amma yəqin ki, artıq bu düzəlməzdir".

Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub.

Milli.Az


Etiketlər:  Uill Smit Oskarda vurduğu şilləyə görə üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ