Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Papa “soyqırım” ifadəsini işlətdi – “İndiyə qədər ağlıma gəlmirdi”

Papa “soyqırım” ifadəsini işlətdi – “İndiyə qədər ağlıma gəlmirdi”

Tarix: 30 Iyul 2022 20:38

Katolik dünyasının lideri Papa Frensisk "tövbə ziyarəti" olaraq xarakterizə etdiyi Kanadaya səfəri zamanı keçmişdə katolik kilsəsinə bağlı məktəblərdə fiziki və cinsi zorakılığa məruz qalan yerli uşaqlara qarşı soyqırım edildiyini bildirib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Papa Fransisk Kanada səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ondan niyə əvvəllər "soyqırım" ifadəsi işlətmədiyi soruşulub: "Bunu ağlıma gəlmədiyi üçün işlətməmişəm", - deyə Papa bildirib.

O, təqaüdə çıxması və istefa iddiaları ilə bağlı sualları da cavablandırıb: "İstefanı ehtimal kimi görsəm də, bu barədə hələlik düşünmürəm. İndiyə qədər təqaüdə çıxmaq ehtimalı haqqında da düşünməmişəm. Amma bu, sabahdan sonrakı gün barədə fikirləşməyə başlamayacağım demək deyil, elə deyilmi?"

Qeyd edək ki, Kanadadakı Həqiqət və Barışıq Komissiyası 1831-1996-cı illər arasında fəaliyyət göstərən kilsəyə bağlı internat məktəblərində araşdırmanı 2015-ci ildə tamamlayıb.

Araşdırmadan sonra 4000 səhifəlik hesabat dərc edilib. Komissiya hadisələri "mədəni soyqırım" kimi qiymətləndirib. Hesabatda bu məktəblərdə ən azı 4 min 200 yerli uşağın zorakılıq və ya laqeydlik nəticəsində öldüyü bildirilir.

Kanadada katolik kilsəsinin nəzarətində olan bəzi internat məktəblərinin bağçalarında çoxlu qeyri-rəsmi uşaq məzarları tapılıb.


Etiketlər:  Papa soyqırım ifadəsini işlətdi İndiyə qədər ağlıma gəlmirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ