Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Rusiyadan qaz nəqlini dayandıra bilər

Almaniya Rusiyadan qaz nəqlini dayandıra bilər

Tarix: 1 Avqust 2022 08:10

Almaniya Rusiyadan qaz nəqlini payızda dayandıra bilər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Funke" nəşri məlumat yayıb.

Metallurgiya və elektrik sənayesi işəgötürənləri ittifaqının prezidenti Stefan Volf deyib ki, tədarükün tam dayandırılması payızda, fərdi təsərrüfatların qaz isitmələrini yenidən işə salacağı vaxtda baş verəcək.

Volf onu da qeyd edib ki, qaz qıtlığı yaranarsa, onun istifadəsində prioritet sənayeyə verilməlidir.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının və tədarükünün azalması ilə əlaqədar həyəcan rejimini işə salmışdı. Eyni zamanda ölkədə qazın qiyməti qalxıb.

Milli.Az


Etiketlər:  Almaniya Rusiyadan qaz nəqlini dayandıra bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ