Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 11:15
"Miss Azerbaijan 2021"in iştirakçısı Milan Babayeva yeni fotosessiyası ilə diqqətləri üzərinə cəmləyib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, üzəri kiçik qızılı işləmələrlə bəzədilən transparan "bodi"də dəniz sahilində model cazibədar pozları ilə obyektiv qarşısına keçib.
İddialı şəkillərini, eləcə də həmin fotosessiyasından lentə alınan videosunu sosial şəbəkə hesabında paylaşan Milan "Ruhum günəşlə dolu... Əgər Allah sənin tərəfindədirsə, kimin sənə qarşı olduğu önəmli deyil..." sözlərini əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl, M.Babayeva "Murda" ləqəbi ilə Türkiyədə məşhurlaşan repçi Önder Doğanın Bakıdakı konsertində onu öpməsi ilə gündəmə gəlmişdi.