Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marmelada görə uşağı döydü - VİDEO

Marmelada görə uşağı döydü - VİDEO

Tarix: 1 Avqust 2022 17:52

Rusiyada Krasnodar diyarının Yablonovski kəndində kişi oyun meydançasında başqasının uşağını döyərək kameralara tuş gəlib.

Milli.Az bildirir ki, baş verənlərin videosunu "Baza" Telegram kanalı yayıb.

Yayımlanan görüntülərdə rusiyalının yelləncəkdə oturan uşaqlara yaxınlaşaraq onlardan birinin üzünə bir neçə dəfə vurması əks olunub. Uşaq qaçır və yerli sakin onun arxasınca gəlir və qışqırır: "Oğluma görə öldürəcəyəm! Sən əsa ilə gəzəcəksən!"

Şagirdə kömək etmək üçün iki qadın gəlib - onlardan biri uşağı aparıb, digəri isə hirslənən kişini saxlamağa çalışıb. Kanalın müəlliflərinin sözlərinə görə, insident iki uşağın marmeladı paylaşa bilməməsi səbəbindən baş verib.

"Krasnodar bloknotu" portalının məlumatına görə, video çəkilən zaman rusiyalı ayıq olub. Xəsarət alan uşağın valideynləri polisə müraciət edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Marmelada görə uşağı döydü VİDEO


RƏYLƏR