Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saçlarımız niyə vaxtından tez ağarır?

Saçlarımız niyə vaxtından tez ağarır?

Tarix: 4 Avqust 2022 01:03

Trixologiya nöqteyi-nəzərindən ilk ağ saçlar 25-30 yaşdan əvvəl meydana çıxdıqda erkən saç ağarması və ya saçların vaxtından əvvəl ağarması haqda danışmaq olar.Belə ki, 40 yaşa qədər saçların çox hissəsinin rənginin dəyişməsi baş verir. Başda tək-tük ağ saçlar 30-35 yaşdan sonra meydana çıxdıqda bu norma hesab olunur. Onlar, adətən, piqmentli saçların fonunda az nəzərə çarpan olurlar. İlk olaraq gicgah və başın ön hissəsi ağarır; 50-55 yaşlarda, bir qayda olaraq, bütün saçlar ağarır və bütün nahiyələrdə bərabər paylanır. Ağ saçlar əsmər insanlarda təbii sarışınlarla müqayisədə daha tez nəzərə çarpır, lakin tünd saçlar açıq saçlara nisbətən ləng ağarır.
Yaşla əlaqəli və erkən saç ağarmasının əmələgəlmə mexanizmi Demək olar eynidir. Bu, hər iki halda saçlarda melanin piqmentinin itirilməsi nəticəsində baş verir.
Təəssüf ki, artıq başlanmış saç ağarması mexanizmini geriyə qaytarmaq mümkün deyil. Bununla bərabər, aktiv profilaktik tədbirlər erkən saç ağarması prosesini ləngidə bilər. Bu məqsədlə stressdən qaçmaq, zərərli vərdişlərdən imtina etmək, baş dərisinin və saçların ultrabənövşəyi şüalanma və temperatur dəyişkənliyinin təsirindən qorunmasını təmin etmək, tam faydalı, zəngin qidalanmaq mühümdür.

Milli.Az


Etiketlər:  Saçlarımız niyə vaxtından tez ağarır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ