Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 17:16
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç İranın Rusiyaya 46 ədəd pilotsuz uçuş aparatı ötürdüyünü təsdiqləyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi "Feygin Live"ın efirində bildirib.
"Bəzi məlumatlara görə, onların tətbiqi artıq qeydə alınıb. İranın PUA-ları köhnə nəsil, əldəqayırma maşınlardır. Lakin onlar tapşırığın müəyyən hissəsini yerinə yetirməyə qadirdir. Çünki bu müharibədə hətta uşaq kvadrokopterləri də tapşırıq yerinə yetirə bilər", - O.Arestoviç vurğulayıb.
Onun sözlərinə görə, dronlardan istifadənin effektivliyi operatorların bacarıq və təcrübəsindən asılıdır.