Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 09:40
Prodüser Tarix Əliyev ad çəkmədən bir telekanalın fəaliyyətini tənqid edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə instaqramda status paylaşıb,
"Doğrudan da pul olmaqla deyil. Bir telekanal var, məncə, rəhbərinin heç kanaldan anlayışı yoxdur. Küçədən kim keçib, aparıcı olub. Düzdür, mənə deyrərlər ki, sən jurnalistikanı bitirməmisən. Amma orada işləyənlərdən və bir çox kanalın aparıclarından çox məlumatlıyam. Verilişim "Xəzər"də yayımlananda illərin aparıcılarına meydan oxuyurdum. Həm sponsor, həm də reytinqdə. İndi də MTV-nin ən baxımlı verilişinin aparıcısı, ən çox sponsor olanı da mənəm. Sizin mənə çatmağımıza var".