Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Domino's Pizza” İtaliyada fəaliyyətini dayandırdı

“Domino's Pizza” İtaliyada fəaliyyətini dayandırdı

Tarix: 11 Avqust 2022 08:52

ABŞ-ın pizza restoranları şəbəkəsi "Domino's Pizza" İtaliyadakı son 29 restoranını bağlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İtaliyada şirkətin problemləri hələ COVID-19 pandemiyasının ilk dalğası zamanı başlayıb. Həmin vaxt istehsalçılar yerli çatdırılma xidmətləri ilə müqavilə bağlayaraq müəyyən qədər vəziyyətdən çıxa bilib. İtaliyadakı "Domino's Pizza"nın əsas biznes modeli müştərilərin məkana gəlişi idi. Lakin bu, tətbiq edilən məhdudiyyətlər şəraitdə qeyri-mümkün oldu.

Bu səbəbdən də, şirkət ötən ildən etibarən satış məntəqələrinin sayını tədricən azaltmağa başlayıb. Bu ilin iyulun 29-da isə şəbəkə sayt vasitəsilə pizza çatdırılması funksiyası da söndürüb.

Milli.Az


Etiketlər:  Dominos Pizza İtaliyada fəaliyyətini dayandırdı


RƏYLƏR