Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbizliyi olanlar mütləq oxusun - Təbii ÇARƏ

Qəbizliyi olanlar mütləq oxusun - Təbii ÇARƏ

Tarix: 13 Avqust 2022 19:30

Belə bir deyim var. "İnsan nə yeyərsə, o cür də yaşayar".

Mədə-bağırsağın fəaliyyəti insanın həyat tərzinə birbaşa təsir edir. Həzmin normal getməsi, hər gün qida qəbulu kimi, bağırsaqların da çalışması sağlam həyat üçün şərtdir.
İnsan yaşaması üçün qida qəbul edir və qidaların orqanizmdə həzm olunmaması və ya vaxtında lazım olmayan qidaların xaric olunmaması orqanizmin vəziyyətinin pisləşməsinə səbəb olur.

Bağırsaqlardakı möhtəviyyatın vaxtında xaric olunmaması toksiki maddələrin orqanizm tərəfindən sorulmasına səbəb olur. Bunun baş verməməsi üçün də hər gün defekasiya aktı həyata keçirilməlidir. Həzm sisiteminin pozulmaları, həzm orqanlarında meydana gələn xəstəliklər defekasiya aktının ləngiməsinə və ya qəbizliyə səbəb olur ki, bu da müxtəlif patologiyaların ( bağırsaq genəlməsi, babasil və s.) meydana çıxmasına səbəb olur. Bunların baş verməməsi üçün bağırsaqların hər gün fəaliyyətini nəzarət altında saxlamaq lazımdır. Aşağıdakını qəbul eləməklə hər gün bağırsaq möhtəviyyatının xaric olmasına səbəb ola bilərsiniz.

Resept:

- 3 stəkan qaynadılmış su

- 50 qram qara gavalı

- 50 qram xurma

Hazırlanması

Su qazanda qaynadılır, qaynamağa başladıqda içərisinə xurma və qara gavalı əlavə edilib 15 dəqiqə vam odda qaynadılır. Qarışım səhərlər acqarına və axşam yatmazdan 1 saat əvvəl içilir. Bu qarışımı içmək həzm sisitemini sürətləndirir, bağırsaq fəaliyyətini sürətləndiririr və defekasiya aktının baş verməsinə səbəb olur. Bu səbəbdən də orqanizmin vəxiyyəti yaxşılaşır və insan özünü rahat hiss edir.


Etiketlər:  Qəbizliyi olanlar mütləq oxusun Təbii ÇARƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ