Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koksiqoniya

Koksiqoniya

Tarix: 14 Avqust 2022 08:18

Koksiqoniya - büzdüm sümüyündəki ağrı deməkdir.
Büzdüm - omba sümüyünə birləşən kiçik sümükdür, bununla onurğa sütunu qurtarır. Onurğa beyni ona qədər çatmır, lakin büzdümün ətrafında sinir lifləri vardır.
Səbəbləri:
- Travmalar- sarğının üzərinə hansısa bərk əşya dəydikdə, büzdüm üstünə yıxıldıqda baş verə bilər.
- Onurğanın osteoxondrozu.
- Uzun müddət büzdüm üstündə oturmaq.
- Düz bağırsağın xəstəliklələri ( hemorroy, anal çatları, şişlər), sidik kisəsi xəstəlikləri ( sistit, şişlər), ginekoloji xəstəliklər ( iltihab, uşaqlıq şışləri) də buna səbəb ola bilər.
Əlamətləri:
Yaranma səbəbindən asılı olamayaraq büzdüm nahiyəsində güclü ağrılar olur. Ayağa durduqda ağrı daha da güclənir. Vaxt keçdikcə bir qədər də ağrı artır.
Siz nə edə bilərsiniz:
Bu zaman cərraha, travmatoloqa, ortopedə müraciət etmək lazımdır.

Həkim nə edə bilər:
Həkim fizioterapiya, maqnit sahəsi, Darsonval cərəyanı, lazer terapiyadan istifadə edə bilər. Həkim xəstəyə sanatoriyada müalicə almağı təklif edə bilər. Əgər bu medotlar effekt verməsə büzdüm cərrahi yolla aradan götürülür.


Etiketlər:  Koksiqoniya


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ